İDMAN


“Neftçi”nin baş məşqçisi: Çətin olacağını bildiyimiz üçün oyuna ciddi hazırlaşmışdıq

Bakı, 16 fevral, Nicat Məmmədov, AZƏRTAC

Çətin olacağını bildiyimiz üçün oyuna ciddi hazırlaşmışdıq və rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik.

AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov doğma meydanda “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII turundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Gənc mütəxəssis bu postda çalışdığı 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etməsinin səbəbini belə izah edib:

“Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq. Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdim ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.