İDMAN


“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə verib

Roma, 10 mart, AZƏRTAC

İtaliyanın “ilnapolionline” idman portalında “Neftçi”nin baş məşqçisi Roberto Bordinin müsahibəsi yerləsdirilib.

AZƏRTAC xəbər verir ki, müsahibəsində 54 yaşlı italyan mütəxəssis Azərbaycan futbolu barədə xoş fikirlər səsləndirib. Qeyd edib ki, taktiki planda futbolçular yüksək səviyyədədirlər.

Azərbaycan futbolunda ilk italiyalı olduğunu deyən baş məşqçi ümumilikdə yerli futbolçuların güclü olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanda hər bir klubun müasir idman mərkəzi var.

Bakıda məşqçilik fəaliyyətindən danışan Roberto Bordini şəhərin gözəlliyinə, qədimliyinə və müasirliyinə toxunaraq paytaxtda yaşamaqdan məmnun qaldığını bildirib. Diqqətə çatdırıb ki, bir müddət sonra Bakıda Formula 1 çempionatının Azərbaycan Qran-Prisi keçiriləcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.