İDMAN


“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib

Bakı, 16 may, AZƏRTAC

“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib. Onun yubileyi “Zirə” ilə XXVII turun matçına təsadüf edib. Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

AZƏRTAC xəbər verir ki, 50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları “Neftçi”nin heyətində keçirib. Bakı klubunda 2020/2021-ci il mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.