İDMAN


“Neftçi”nin futbolçusunun çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarına qələbə ilə başlayıb

Bakı, 11 yanvar, AZƏRTAC

Bakının “Neftçi” klubunun futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarında ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan komanda birinci turda Malavi seçməsi ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Oyunun 35-ci dəqiqəsində fərqlənən İssiaqa Silla Qvineya millisinə qələbə qazandırıb.

Oyuna start heyətində başlayan Kane sonadək meydanda qalıb.

Bu qrupun digər görüşündə Seneqal yığması Zimbabveyə eyni hesabla qalib gəlib.

Qeyd edək ki, müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Kane “Neftçi”də icarə əsasında çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.