İDMAN


“Neftçi”nin müdafiəçisi: Çempion olmaq üçün bütün gücümüzü ortaya qoyacağıq

Bakı, 18 yanvar, AZƏRTAC

Toplanış yüksək səviyyədə gedir. Bərpa oluna bilirik. Bizimlə əziyyət çəkən klubun hər bir personalına təşəkkür edirəm. Bakı toplanışı ilə müqayisədə burada məşqlərarası bərpaya daha çox vaxtımız qalır. Buna görə də heç bir problemimiz yoxdur. Bu müddət ərzində dözmək lazımdır. Sonra bundan asan olacaq. Çempion olmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının “Neftçi” futbol klubunun müdafiəçisi Kirilo Petrov Antalyada təlim-məşq toplanışı zamanı müsahibəsində deyib.

Müdafiəçi bildirib ki, fikrimcə hər bir futbolçu üçün ən çətini daim qaçmaqdır. Amma bunun öhdəsindən yaxşı gəlirik. İnanıram ki, bəhrəsini görəcəyik. Axşam yeməyindən sonra komanda yoldaşlarımla “Playstation” oynayırıq və ya filmlərə baxırıq. Antalyaya Ukraynadan “Desna” komandası gəlib, bundan sonra az da olsa, oradakılarla da vaxt keçirməyə çalışacağam. Orada uzun müddətdir görmədiyim dostlarım var. Bəziləri ilə 6 yaşımdan birlikdə oynamışam. Danışmağa, xatırlamağa mövzular var.

Petrov Azərbaycan Premyer Liqasında əzəli rəqib sayılan “Qarabağ” haqqında danışarkən deyib: “Bütün oyunlara olduğu kimi, “Qarabağ”la matça da ciddi hazırlaşacağıq. Çempionatın ikinci hissəsinə tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibdən asılı olmayaraq maksimum xal toplamağa çalışacağıq. Çünki, məsələn, “Qarabağ”ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər. Yoxlama görüşlərindən faydalanmaq lazımdır. Çempion olmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.