İDMAN


“Neftçi”nin qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib

Bakı, 25 oktyabr, AZƏRTAC

Paytaxtın “Neftçi” klubunun qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təcrübəli qapıçı Premyer Liqanın VIII turu çərçivəsində oynanılan “Sabah” – “Sumqayıt” matçında (3:0) yubiley oyununa çıxıb. “Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”nin heyətində də çıxış etmiş qapıçı bu matçlarda 192 top buraxıb.

İlk dəfə 2010-2011-ci il mövsümündə meydana çıxan qapıçı ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.

Bu günə kimi Premyer Liqada Fərhad Vəliyev (282 oyun), Rauf Mehdiyev (271), Cahangir Həsənzadə (268), Anar Nəzirov (260), Nizami Sadıqov (247), Kamran Ağayev (235), Hüseyn Məhəmmədov (227), Nadir Şükürov (219) və Elxan Həsənov (203) bu göstəriciyə imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.