İDMAN


“Neftçi”nin rəqibi “Beşiktaş”ın futbolçusu ilə güclənir

Bakı, 16 iyul, AZƏRTAC

“Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Yunanıstan klubu “Beşiktaş”dan Jorj-Kevin Nkudunu heyətinə qatmaq niyyətindədir. “Olimpiakos”un çalışdırıcısının israrla heyətində görmək istədiyi futbolçu ilə danışıqlar aparılır.

“Neftçi”nin “Olimpiakos”la ilk matçı iyulun 21-də Yunanıstanda, cavab oyunu isə 1 həftə sonra Azərbaycanda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.