İDMAN


“Neftçi”nin sabiq futbolçusu Edson Kastilyo Venesuelada klubunu dəyişib

“Neftçi”nin sabiq futbolçusu Edson Kastilyo Venesuelada klubunu dəyişib

Bakı, 9 fevral, AZƏRTAC

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Edson Kastilyo Venesuelada komandasını dəyişib.

AZƏRTAC xəbər verir ki, futbolçu yenidən “Manaqas” klubuna qayıdıb. Yarımmüdafiəçi yeni komandası ilə ikiillik müqaviləyə imza atıb. İyirmi doqquz yaşlı futbolçu “Manaqas”a “Karakas” klubundan keçib.

2021-ci ildən “Karakas”da çıxış edən venesuelalı futbolçu 53 matçda 7 qol vurub.

Qeyd edək ki, E.Kastilyo 2016-2017-ci illərdə “Neftçi”nin formasını geyinib və 20 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.