İDMAN


“Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib

Bakı, 7 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 13-dən 27-dək Antalyadakı Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “flaqman” yanvarın 26-da Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “ağ-qaralar” bu gün bir araya gələrək, məşqləri bərpa ediblər. Yanvarın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “Neftçi” futbol klubu həmin gün Türkiyəyə yola düşəcək. Komandamız ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), yanvarın 23-də isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.