İQTİSADİYYAT


“Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir edilib

Bakı, 20 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir prosesi müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan başqa, baş mühərriklərin hər biri, üç ədəd köməkçi mühərrik, nasoslar, boru sistemləri əsaslı təmir olunub. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib. Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb.

Qeyd edək ki, “Nefteqaz-64” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.