İQTİSADİYYAT
Neftin dünya enerji istehlakındakı payı azalacaq
Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC
Dünya enerji istehlakında neftin payının 2040-cı ilə qədər 27 faizədək azalması, təbii qazın payının isə 24 faizə yüksəlməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, neftin dünya enerji istehlakında keçən ilki 31 faizlik payının 2040-cı ilə qədər 27 faizə düşməsi gözlənilir. Təbii qazın ötən ilki 22 faiz səviyyəsində olan payının da 2040-cı ilədək 24 faiz qalxması planlaşdırılır.
Nüvə enerjinin istehlakının payı 2040-cı ilə qədər 6 faizə çatacaq. Hidroenerjinin payının 3 faizə, biokütlə enerjisinin payının isə 11 faizə yüksələcəyi təxmin edilir.
Kömürün dünya enerji istehlakındakı payının 28 faizdən 25 faizə düşəcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]