ELM VƏ TƏHSİL


Neftin geokimyəvi parametrlərinin təyini metodikası işləniləcək

Bakı, 21 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun neftin geokimyası şöbəsi 2019-cu il üzrə planını təqdim edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə Abşeron arxipelaqının neft ehtiyatları arasında diferensiasiya aparmaq üçün geokimyəvi parametrlərin kompleks müasir instrumental üsullarla müqayisəli tədqiqini davam etdirəcək. Həmçinin təcrübi işlərin aparılması nəticəsində neftin element analizinin və yeni biomarkerlərin aşkar edilməsinin, onların təyininin metodoloji əsaslarını hazırlayacaq. Şöbə geokimyəvi göstəricilərin (heterokomponentlər, mikroelementlər, biomarkerlər, geokimyəvi indekslər və əmsallar) paylanma qanunauyğunluğunu müəyyənləşdirəcək. Habelə şöbə tərəfindən neftin geokimyəvi parametrlərinin təyini metodikası işləniləcək.

Tədqiqatlar çərçivəsində Abşeron arxipelaqı neft-qaz yataqlarının nefti üçün biomarkerlər haqqında dolğun məlumatın alınması, neftin diferensiasiyası üçün geokimyəvi göstəricilərin müəyyən edilməsi, korrelyasiya göstəricilərinin təyin olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.