İQTİSADİYYAT
Neftin qiyməti 100 dollar/barrelə çata bilər
Bakı, 24 sentyabr, AZƏRTAC
Birjalarda xam neftin qiyməti 100 dollar/barrelə çata bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnozla Asiya-Sakit Okean Neft Konfransında iştirakı zamanı “Mercuria” əmtəə ticarət şirkətinin rəhbəri Daniel Jaeggi çıxış edib.
O bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların öz təsirini hiss etdirməyə başlaması ilə neftin bir barrelinin qiyməti bu ilin sonunda və ya 2019-cu ilin əvvəlində 100 dollara çata bilər.
Qlobal neft tələbatı ilk dəfə gündəlik 100 milyon barrelə yaxınlaşarkən, Venesuela, Liviya və Nigeriyada istehsaldakı ləngimələr bazarda neft çatışmazlığı yaradır.
“ABŞ-ın sanksiyaları ilə əlaqədar bu ilin dördüncü rübündə bazarda gündəlik 2 milyon barrelədək kəsir yaranacaq və bu proseslər fonunda neftin qiyməti 100 dollar/barrelədək yüksələ bilər. Hazırda bazarda sutkada 2 milyon barrelədək boşluğu kompensasiya edəcək təchizatçı yoxdur”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]