İQTİSADİYYAT


Neftin qiyməti 32 dollaradək ucuzlaşıb [YENİLƏNİB]

Bakı, 7 yanvar, AZƏRTAC

Dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti 2004-cü ildən bu vaxtadək ən aşağı qiymətə satılır. Belə ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 32,54 dollara, “Brent” markalı neftin bir barreli isə Londonun İCE birjasında 32,67 dollara satılır.

 

10:16

Bakı, 7 yanvar, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,03 dollar ucuzlaşaraq 33,07 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,85 dollar azalaraq 33,19 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,59 dollar ucuzlaşaraq 35,77 dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.