İQTİSADİYYAT
Neftin qiyməti 60-65 dollar/barrel arasında dəyişəcək
Bakı, 2 avqust, AZƏRTAC
“IHS Markit” bazar araşdırmaları təşkilatı neftin bir barrelinin qiymətinin 60-70 dollar arasında qalacağını proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, “IHS Markit”in neft analitiki Spenser Velç bu fikirdədir.
“Ötən gün “qara qızıl”ın qiyməti ABŞ-ın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda kəskin ucuzlaşıb. Yanvardan bəri qiymət 60-70 dollar/barrel aralığında daha balanslı bir şəkildə dəyişirdi. Qlobal iqtisadiyyatın zəifləməsi qiyməti aşağı salan amildir. Biz neftin qiymətinin 60-65 dollar/barrelə yüksələcəyini düşünürük. Neftə artan tələbat dövrü yaşayırıq. OPEC və tərəfdaşları isə istehsalı azaltmaqda davam edir. Neft bazarı sərtləşir və qiymət hətta bir barrel üçün 60-70 dollar arasında dəyişəcək”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]