İQTİSADİYYAT


Neftin qiyməti ardıcıl ikinci həftəni itkilərlə keçirməyə yönəlib

Bakı, 11 sentyabr, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti aprel ayından bəri ilk dəfə ardıcıl ikinci həftəni də itkilərlə keçirməyə yönəlib.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti ABŞ-da neft ehtiyatlarının çoxalmasının qlobal enerji tələbatının bərpasının gözləniləndən daha çox vaxt çəkəcəyi ilə bağlı formalaşan fikirlər fonunda ucuzlaşır.

“Light” markalı neftin bir barrelinin qiyməti Nyu-Yorkun NYMEX birjasında 37 dollardan aşağı düşüb və həftə ərzində 6,5 faiz ucuzlaşıb. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkədəki xam neft ehtiyatları isə 7 həftədən sonra ilk dəfə artıb. ABŞ-ın xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində anbarların doluluq nisbəti may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 39,64 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 37 dollara alıcı axtarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.