İQTİSADİYYAT


Neftin qiyməti həftəni böyük itkilərlə tamamlayır

Bakı, 24 yanvar, AZƏRTAC

“Qara qızıl”ın qiyməti ötən ilin may ayından bəri ən böyük həftəlik itkisinə yönəlib.

AZƏRTAC xəbər verir ki, ABŞ-da ehtiyatların gözlənilməz dərəcədə azalmasına baxmayaraq, neftin qiyməti Çində yayılan koronavirusun tədarükün bol olduğu bir şəraitdə tələbata aşağı istiqamətli təsir edəcəyi ilə bağlı narahatlıqlar fonunda keçən ilin may ayından indiyədək ən böyük həftəlik itkisinə yönəlib. Belə ki, həftə ərzində neftin qiymətində 5 dollar/barrel azalma müşahidə olunub.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 61,16 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.