İQTİSADİYYAT


Neftin qiyməti həftəni iktilərlə tamamlayır

Bakı, 25 sentyabr, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri bu həftəni də itkilərlə keçirməyə yönəlib.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti tələbatdakı dəyişkənlik, Liviya və İraqda artan neft hasilatının əlavə tədarük yaradacağına dair narahatlıqlar fonunda ucuzlaşır. Beləliklə də artan tədarükün bazarlara mənfi təsir edəcəyinə dair narahatlıqlar neftin son 4 həftədə ardıcıl üçüncü həftəni də itkilərlə keçirməsinə səbəb olub.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 41,87 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 40,12 dollara alıcı axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.