İQTİSADİYYAT
Neftin qiyməti həftəni itkilərlə tamamlayır
Bakı, 18 yanvar, AZƏRTAC
“Qara qızıl”ın qiyməti həftəni itkilərlə tamamlayır.
AZƏRTAC xəbər verir ki, neftin qiyməti ABŞ-ın xarici ticarətə daha konsensuslu yanaşması fonunda son 2 həftənin ən böyük artımından sonra qazancını qoruyub. Lakin “qara qızıl”ın qiyməti tələbata dair davam edən narahatlıqlar səbəbindən həftəni azalma ilə keçməyə hazırlaşır.
Ötən həftə rəsmi Vaşinqton və Pekinin ticarət sazişinin birinci mərhələsini imzalaması, ABŞ Senatının Birləşmiş Ştatlar-Meksika-Kanada sərbəst ticarət sazişini təsdiqləməsi, ABŞ-ın xam neft ehtiyatlarının azalması, Beynəlxalq Enerji Agentliyi (IEA) və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft bazarı üzrə hesabatları qiymətinə təsir edən əsas amillər olub.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,85 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,54 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]