İQTİSADİYYAT


Neftin qiyməti iyundan bəri ən böyük həftəlik artım göstərib

Bakı, 18 sentyabr, AZƏRTAC

Birjalarda neftin qiyməti həftəni artımla tamamlayır.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti bu həftə yenidən zəifləyən dollar, ABŞ-da xam ehtiyatlarının kəskin azalması və OPEC-ə üzv ölkələrin enerji nazirlərinin açıqlamaları fonunda 40 dollar/barrelə yüksəlib. Nəticədə neft qiymətləri iyun ayının əvvəllərindən bəri ən böyük həftəlik qazancına yönəlib.

Həftə ərzində isə neft qiymətlərində 9 faizdən çox artım qeydə alınıb.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 43,38 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 41,31 dollara satılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.