İQTİSADİYYAT
Neftin qiyməti son 13 ayın minimumuna enib
Bakı, 24 noyabr, AZƏRTAC
Neftin qiyməti son 13 ayın minimumuna geriləyib.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. “Light” markalı neftin qiyməti də son 13 ayın minimumuna geriləyib.
Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 58,80 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,42 dollara alıcı axtarır.
Ekspertlərin fikrincə, hazırda bazarda tədarük bolluğu davam edir və bu da qiymətin ucuzlaşmasına səbəb olur. Əgər Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiya başda olmaqla digər qeyri-OPEC hasilatçılar dekabrda keçiriləcək toplantıda istehsalı yetərli səviyyədə azaltmasalar bazarda artan tədarük nəticəsində “qara qızıl”ın qiyməti daha da geriləyə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]