İQTİSADİYYAT


Neftin qiyməti son 15 ayda ən böyük gündəlik artım tempini nümayiş etdirib

Bakı, 21 may, AZƏRTAC

Birjalarda neftin qiyməti son 15 ay ərzində ən böyük sutkalıq artım tempini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, neftin qiyməti ABŞ-da neft ehtiyatlarının, eləcə də Birləşmiş Ştatların xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində ehtiyatlar azalması, həmçinin koronavirus məhdudiyyətləri və istehsalçılar arasındakı qiymət müharibəsindən təsir görən bazarın yenidən tarazlığı bərpa etməsi fonunda bahalaşır. Cushingdə ehtiyatların geriləməsi tədarük çatışmazlığı riskinin azaldığını göstərir. Treyderlərin anbarların tamamilə dolması ilə bağlı narahatlığını azaldan digər məqam isə “Light” markalı xam neftinin iyun-iyul ayları üzrə fyuçers müqavilələrindəki qiymət fərqinin 30 sent səviyyəsində olmasıdır. “Bloomberg”in məlumatına görə, bu fərq dekabr ayından bəri ilk dəfə sıfır səviyyədən yuxarı qalxıb.

Nyu-Yorkda fyuçers müqavilələri isə ard-arda 6 gün yüksələrək 34 dollar/barrel səviyyəsindən yuxarı qalxıb və 2019-cu ilin fevral ayından bu yana uzun gündəlik artımını nümayiş etdirib.

İstehsalın azaldılması və tələbatın bərpa olunmağa başlaması fonunda xam neftin qiyməti bu ay 80 faizdən çox artıb. Hazırda isə “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 36,50 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 34,24 dollara alıcı axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.