İQTİSADİYYAT


Neftin qiyməti son 5 həftənin dördüncüsünü də itkilərlə keçirir

Bakı, 2 oktyabr, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri son 5 həftənin dördüncüsünü də itkilərlə keçməyə yönəlib.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti Avropada artan COVID-19-a yoluxma sayı, Hindistan kimi böyük iqtisadiyyata malik ölkədə epidemiyanın hələ də nəzarətdə saxlanılmaması, bir çox ekspertlərin qlobal neft tələbatının virusdan əvvəlki səviyyəyə qayıdacağı ilə bağlı proqnozlarını mənfi şəkildə dəyişdirməsi fonunda ucuzlaşır. Neft qiymətlərinə pandemiyanın davam etməsi nəticəsində tələbatın çox aşağı səviyyəsində qalması əsas təsir edən amildir.

Neftayırma zavodları artan dizel və təyyarə yanacağı ehtiyatları ilə mübarizə aparır. Çin isə anbarlarını ötən aylarda tam doldurub və nəticədə dünya miqyasında hələ də böyük ehtiyat profisiti var.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 39,32 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 37,23 dollara alıcı axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.