İQTİSADİYYAT


Neftin qiyməti son 8 ayın minimumuna düşüb

Bakı, 10 noyabr, AZƏRTAC

“Brent” markalı neftin bir barrelinin qiyməti son 8 ayın minimumuna enib.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti dünən 69,15 dollara düşərək cari ilin martından indiyədək ən aşağı səviyyəyə geriləyib. “Light” neftinin bir barrelinin qiyməti isə 59,82 dollara enərək ən böyük həftəlik itki ilə üzləşib.

Ekspertlər hesab edir ki, neftin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda 8 ölkəyə güzəştə getməsi, eləcə də Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda ucuzlaşır. Həmçinin bazarda neft tədarükünün çoxalması və qlobal iqtisadiyyata dair mənfi gözləntilər də “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsinə təsir edir.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 70,18 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,19 dollara alıcı axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.