İQTİSADİYYAT


Neftin qiymətindəki volatillik enerji şirkətlərinin xeyrinə olub

Bakı, 29 yanvar, AZƏRTAC

2019-cu ildə neftin qiymətində volatillik enerji şirkətlərinin xeyrinə olub.

AZƏRTAC xəbər verir ki, ötən il boru kəmərlərindəki dayanmalar, gəmi yanacaqlarına dair yeni qaydaların tətbiqi və Yaxın Şərqdəki münaqişələrin qlobal neft bazarına təsiri fonunda dünyanın böyük enerji satıcıları ən yaxşı illərdən birini keçirib. Nəticədə əldə olunan mənfəət “Vitol Group” və “Trafigura Group Ltd” kimi müstəqil satıcılarla yanaşı, milyard dollar qazanc əldə edən “Royal Dutch Shell”, “Total” və BP kimi “böyük oyunçular”a da xeyir gətirib.

Qlobal miqyasda ən böyük 5 neft satıcısından biri olan “Mercuria Energy Group Ltd”nin baş icraçı direktoru Marko Dunand deyib: “2019-cu il hər kəs üçün enerji sənayesində ən yaxşı illərdən biri oldu”.

2019-cu ilin əvvəlində ABŞ-ın Venesuelaya sanksiya tətbiq etməsi, Rusiyanın Avropaya neft göndərdiyi “Drujba” boru kəmərinin aşındırıcı kimyəvi maddə ilə çirklənməsi nəticəsində nəqlin dayandırılması, sentyabrda Səudiyyə Ərəbistanında ən mühüm neft hasilatı obyektinə təşkil edilən hücum ixracda kəsilməyə səbəb oldu. Hətta bəzi şirkətlər ticari gəmi donanmalarının istifadə etdiyi yanacaqlar üçün qaydaları da dəyişdirdi. Bu qaydalar neft emalı və dəniz sənayesi üçün xərcləri artırdı, dənizçilikdə istifadə olunan dizel yanacağının qiymətinin bahalaşmasına səbəb oldu. Bütün bunlar isə mənfəətin aşağı düşməsindən əziyyət çəkən enerji sektorunun rahatlamasına kömək etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.