İQTİSADİYYAT


Neftin qiymətinin azalması ölkəmizin beynəlxalq kredit reytinqinə təsir göstərməyib

Bakı, 27 mart, AZƏRTAC

Dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard end Purz” (Standard and Poor’s) agentliyi neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin qiymətləndirmə Azərbaycan Respublikası üçün də aparılıb. Martın 26-da “Standard end Purz” agentliyinin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Belə ki, Azərbaycan Respublikası beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” olduğunu təsdiq edib.

Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.

Məlumat üçün bildiririk ki, “Standard end Purz” agentliyi ənənəvi olaraq ildə iki dəfə, yanvar və iyul aylarında Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirilməsini aparır. Ən son qiymətləndirmə cari il yanvarın 25-də həyata keçirilib və müvafiq hesabat agentlik tərəfindən dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.