DÜNYA


Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək

Bakı, 19 avqust, AZƏRTAC 

NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, NASA-nın məlumatına görə, “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Qeyd olunub ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.