CƏMİYYƏT


Nelli Veysova: ölkədə yoluxma hallarının qarşısını almaq məqsədilə çoxsaylı tədbirlər görülür

Bakı, 6 iyul, AZƏRTAC

Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan ərazi bölgüsü əsasında həmin tibb müəssisələrini əhatə edən COVID-19-la mübarizə məqsədilə 39 ərazi tibb məntəqəsi yaradıldı. Yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasiyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova onlayn müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütəmadi olaraq məlumatlandırılacaq: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir azərbaycanlının vətəndaş borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.