“Nənə-baba və baldan şirin nəvələr” Sumqayıtda
AzerTAg.az
Sumqayıt, 8 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə tədbir təşkil edilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan “Nənə-baba və baldan şirin nəvələr” adlı tədbir böyük marağa səbəb olub.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir nənə və babaların uşaqların tərbiyəsində rolunu qeyd etmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda, yaşlılara olan hörmət və ehtiram hissini gələcəkdə də qoruyub saxlamağın vacibliyini uşaqlara aşılamaq məqsədi daşıyıb.
Tədbirdə bu günün yaranma tarixi, məqsədi, mahiyyəti haqqında məlumat verilib.
Sonra oxucular milli mənəvi dəyərləri, məişət əşyalarını özündə əks etdirən sərgi-guşə ilə tanış olub, “Qoğal” rus nağılının əsasında hazırlanmış kukla tamaşasını, “Nənə-babalarımızı niyə sevirik?” adlı videofilmi izləyiblər.
Tədbir uşaqların təqdim etdiyi şən mahnılar, tapmacalar, rəqslər və kompozisiyalar ilə davam edib.




Xəbərin mətnində orfoqrafik səhv var