CƏMİYYƏT


Nənəsini və bibisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadovanın və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadovanı və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.