CƏMİYYƏT


Neonatologiya üzrə Azərbaycan-Türkiyə II intensiv təlim kursu keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC 

Dekabrın 14-də “Fairmont” otelində neonatologiya üzrə Azərbaycan-Türkiyə II intensiv təlim kursu keçirilib. Tədbir Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev kursun məqsədinin neonatologiya sahəsində ən aktual məsələlərin və mütəxəssislərlə dünya təcrübəsinin müzakirəsi olduğunu bildirib. Professor kursun uşaqlara, xüsusilə də yenidoğulanlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacağını da diqqətə çatdırıb.

Baş pediatr, həmçinin Azərbaycanda ana və uşaqların sağlamlıqlarının mühafizəsinə daim diqqət yetirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.