CƏMİYYƏT
“Neonatologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 18 may, AZƏRTAC
“Neonatologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev və institutun əməkdaşları iştirak ediblər.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, konfrans əsasən neonatologiyada sıx rast gəlinən və COVID-19 virusundan sonra yaranan patalogiyaları əhatə edib. A.Musayevin sözlərinə görə, bu sahədə mütəxəssislərimiz xarici ölkələrə də yeni töhfələr verəcəklər.
Konfransda Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini pediatr Azər Əhmədov “Yenidoğulanlarda MİS-N sindromu” və elmi katib Sevinc Nəsirova “Yenidoğulanlarda bağırsaq mikrobiotasına yanaşmalar” mövzularında çıxış ediblər.