DÜNYA


Nepalda COVID-19 xəstələri üçün oksigen çatışmazlığı yaranıb

Pekin, 6 may, AZƏRTAC

Pandemiyanın 2-ci dalğasının müşahidə olunduğu Nepalda COVID-19 virusuna yoluxanların, paralel olaraq ağır xəstələrin sayının çoxalması süni tənəffüs cihazları üçün oksigen ehtiyatının azalmasına səbəb olub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, paytaxt Katmandudakı 2 əsas COVID-19 xəstəxanasında bir neçə günlük oksigen ehtiyatı qalıb. Müvafiq qurumlara problemi aradan qaldırmaq üçün təcili tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, son günlər Nepalda COVID-19 infeksiyasına gündəlik yoluxmalar sürətlə artır. Ötən sutka COVID-19 infeksiyasına 8 min 605 yoluxma, virus səbəbindən 58 ölüm qeydə alınıb. Bu rəqəmlər pandemiya dövründə Nepalda sutkalıq ən yüksək göstəricilərdir. Son 4 sutkada ölkədə gündəlik yoluxma antirekordları yenilənib.

Bir aydan çoxdur ki, Nepalda gündəlik yoluxma sayı sürətlə artır. Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma rejimi tətbiq olunur. Bundan başqa, bütün daxili uçuşlar, habelə COVID-19 böhranı müşahidə olunan qonşu Hindistanla birbaşa beynəlxalq uçuşlar dayandırılıb. Tibb işçisi çatışmazlığını həll etmək üçün tibb təhsil müəssisələrinin rəhbərliyinə tələbələrin təcili pandemiya ilə mübarizəyə cəlb olunması barədə göstəriş verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.