DÜNYA


Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb

Bakı, 15 iyul, AZƏRTAC

Nepalın şərqi və mərkəzi rayonlarında üç gün davam edən leysan yağışlarından sonra baş vermiş daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Nepal polisinin məlumatında 43 nəfərin yaralandığı, 30 adamın isə itkin düşdüyü bildirilir. Polis idarəsinin sözçüsü Rameş Tapa deyib ki, Dhanusa əyalətinin Janak Nandini kəndi Kamal çayının daşması nəticəsində ən çox zərər görən yaşayış məntəqəsi olub. Hakimiyyət orqanları Kulexani Su Elektrik Stansiyasının da bəndini açmağa, buradan ətraf rayonların subasmasına qarşı tədbirlər görməyə çalışırlar. Bəndin yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri isə təxliyə edilib.

Nepalın Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi bildirib ki, fəlakət zonasında insanların xilas edilməsi üçün helikopterlərdən də istifadə olunur. Məlumatda diqqətə çatdırılır ki, Nepalda hər il daşqınlar və torpaq sürüşmələri nəticəsində yüzlərlə insan həyatını itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.