DÜNYA


Nepalda daşqınlar və torpaq sürüşmələrində ölənlərin sayı 32 nəfərə çatıb

Bakı, 13 iyul, AZƏRTAC

Nepalda leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən az 32 nəfər həlak olub, 12 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hakimiyyət orqanları çay sahillərində yaşayan insanları müvəqqəti olaraq təhlükəsiz zonalara köçməyə çağırıb.

Təbii fəlakət Nepalın 21 rayonunu əhatə edib. Hazırda 831 nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Ölkənin müxtəlif rayonlarında xilasetmə əməliyyatı keçirmək üçün 28 min polis əməkdaşı cəlb olunub.

Nepalın meteorologiya xidmətinin məlumatına əsasən, bölgədə intensiv yağışlar iyulun 14-nə qədər davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.