DÜNYA


Nepalda torpaq sürüşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb

Bakı, 11 iyul, AZƏRTAC

Nepalın mərkəzi hissəsində yerləşən Qandaki əyalətində leysan yağışları səbəbindən baş verən bir neçə torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

AZƏRTAC “Kathmandu Post” qəzetinə istinadla xəbər verir ki, aramsız yağışlar əyalətin dörd rayonunda torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakətdən ən çox Myaqdi rayonu zərər çəkib. Burada 40-dan çox ev torpaq altında qalıb, 400-dən çox insan isə evlərini tərk edərək yerli administrasiya və məktəb binalarına sığınmağa məcbur olub.

Hazırda torpaq sürüşmələrinin baş verdiyi rayonlarda axtarış-xilasetmə əməliyyatları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.