DÜNYA


Nepalda yük maşınının aşması nəticəsində 20 nəfər ölüb

Bakı, 6 iyul, AZƏRTAC

Nepalın Mustanq bölgəsində yük maşının dağ yolundan aşması nəticəsində azı 20 nəfər ölüb, 12 nəfər yaralanıb. Bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, əyalət administrasiyasının rəhbəri Şişir Paudelin verdiyi məlumata görə, yol fəhlələrini daşıyan yük maşınının sürücüsü çınqıllıqda maşını idarə etmək qabiliyyətini itirib və avtomobil 50 metr hündürlükdən aşıb. Qəza nəticəsində 14 kişi və 6 qadın dərhal ölüb. Üç yaralını hərbi helikopterdə Pokhara şəhərindəki hospitala aparıblar. Digər doqquz nəfər Mustanqda xəstəxanaya yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.