İQTİSADİYYAT


“Nəqliyyat Agentləri” proqramının könüllüləri üçün təqdimat olub

Bakı, 10 iyul, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” könüllülük proqramının könüllüləri üçün təqdimat olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, könüllülər BNA-nın fəaliyyəti ilə daha yaxından tanış olaraq indiyədək keçirilən və gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat alıblar. Həmçinin yol təhlükəsizliyi, ictimai nəqliyyatda davranış qaydaları istiqamətində həyata keçirilən sosial maarifləndirmə layihələri çərçivəsində hazırlanan videoçarxlar və posterlərlə tanış olublar. Eləcə də paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlər barədə də məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.