İQTİSADİYYAT


Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının nümayəndələri ilə vergi qanunvericiliyinin tətbiqinə dair müzakirələr aparılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Xidmətin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın və Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının nümayəndələri ilə onlayn formatda keçirilib.

Görüşdə xarici ölkələrdə çəkilən xərclərin gəlirlərdən çıxılması, logistika sahəsində uçot və hesabatlılığın sadələşdirilməsi və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı assosiasiya tərəfindən irəli sürülən təkliflər müzakirə edilib.

Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.