İQTİSADİYYAT


Nəqliyyat Könüllüləri üçün “TED Talks” formatında təqdimat keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Nəqliyyat Könüllüləri üçün “TED Talks” formatında “Dayanıqlı şəhər mobilliyi” mövzusunda təqdimat keçirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, paytaxtımızın piyadayönümlü, əlçatan, təhlükəsiz və dayanıqlı mobil şəhər olması istiqamətində görülən tədbirlər və gələcək planlar haqqında könüllülərə maraqlı məlumatlar verilib.

Ekoloji təmiz, alternativ nəqliyyat vasitələrinin - velosipeddən istifadənin təşviqi haqqında müzakirələr aparılıb.

Sonda isə sual-cavab formatında könüllüləri maraqlandıran məsələlər müzakirə olunub.

Qeyd edək ki, könüllülərə 2 aylıq təcrübə müddətində BNA-nın əməkdaşları tərəfindən təlimlər və maraqlı təqdimatlar keçiriləcək. Fəaliyyətlər mütəmadi olaraq davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.