İQTİSADİYYAT
“Nəqliyyat Könüllüləri” üçün onlayn təqdimat keçirilib
Bakı, 21 avqust, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin (BNA) “Nəqliyyat Könüllüləri” proqramının könüllüləri üçün onlayn təqdimat keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, könüllülər BNA-nın, tabeli qurumların və şöbələrin fəaliyyəti ilə supervayzerlər vasitəsilə ətraflı məlumatlandırılıb. Daha sonra isə onların təyin olunduğu şöbələr açıqlanıb. Beləliklə, könüllülər öz təcrübə proqramı müddətindəki fəaliyyətləri ilə yaxından tanış olublar.
Pandemiya qaydalarına uyğun təlimatlandırılan könüllülər agentlik tərəfindən hazırlanan proqram çərçivəsində təcrübə keçəcək, müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq, aksiyalarda iştirak edəcəklər. 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, könüllülərin cəlb edilməsi davamlı olaraq həyata keçiriləcək.