İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

Bakı, 11 iyun, AZƏRTAC

Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb. Artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə Nəqliyyat planı hazırlanıb. Eyni zamanda, nazirliyin “Bakı Taksi” Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.