İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının sertifikatına və gümüş medala layiq görülüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb. Tədbirin sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı əlaqələrin 10 illiyi münasibətilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda BTİ ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə BTİ tərəfindən gümüş medalla mükafatlandırılıb.

“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki, davam edir. Tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.

Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.

Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Hanoyda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.