İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda şuranın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib. Reqlament səsvermə əsasında qəbul olunub. Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.

Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib.

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.