İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibinin tam formalaşdırılması məqsədilə iyunun 16-da nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 77 ünvanında yerləşən inzibati binasında seçkilərin II turu keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seçkidə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 102 təmsilçisindən 95-i seçici qismində iştirak edib. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 95 seçki bülletenindən 10-u etibarsız sayılıb. Səsvermədə ən çox səs toplamış 8 namizəd İctimai Şuranın tərkibindəki boş yerlərə seçilib. Beləliklə, seçkilərin ilk turunda İctimai Şuranın tərkibinə seçilmiş iki namizəd də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın 10 nəfərdən ibarət tam tərkibi aşağıdakı kimi formalaşdırılıb:

Abasbəyli Siruz Hüseyn oğlu – “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri

Eyyubov Fərhad Çinar oğlu – “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyinin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi

Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

Pərdəşünas Fərid Bayram oğlu – Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il gənclər üçün Prezident mükafatına layiq görülüb. “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” İctimai Birliyinin üzvü

Kazımov Fərid Fərman oğlu – “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru

Qurbanov Qalib İslam oğlu – “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri

Muradov Elməddin Nadir oğlu – “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri

Nəbiyev Qalib Təsim oğlu – “Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri

Osman Gündüz Mehdi oğlu – “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin direktoru

Məhərrəmova Elnarə Aşır qızı – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.