İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 8 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərdən danışıb. O, ümummilli lider Heydər Əliyevin ölkəmizdə bir çox sahələrin, xüsusilə də rabitə sektorunun inkişafına verdiyi töhfələrdən geniş bəhs edib.

Nazir müavini, həmçinin bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş filmə tamaşa ediblər.

Sonda Yeni Azərbaycan Partiyasına qoşulmaq üçün müraciət etmiş 12 rabitəçiyə partiya vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.