İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 16-18-nə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib. Nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, görüşdə əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Həmçinin nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin, yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə də göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.