İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi YAP ərazi ilk partiya təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib. Konfransda nazirliklə yanaşı, tabeli qurumların nümayəndələri də iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən nəqliyyat rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb.

O qeyd edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Azərbaycanın inkişafının təməl prinsiplərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən nazir müavini vurğulayıb ki, istər müstəqillik dövründə, istərsə də sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınır, dəstəklənir.

Nazirliyin aparat rəhbərinin müavini Asif İsmayılov çıxışında vurğulayıb ki, bu gün bütün sahələrdə yüksək ixtisaslı kadrların kifayət qədər olması məhz Ulu Öndərin uzaqgörən kadr siyasətinin nəticəsidir və hazırkı mərhələdə dahi şəxsiyyətin böyük irsinin öyrənilməsi və müasir gənclərə çatdırılması qarşıda duran ən ümdə məsələlərdən biridir.

Sonda bildirilib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunmasında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Ona görə də Azərbaycan xalqı var olduqca Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq və ehtiramla yad olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.