İQTİSADİYYAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda gündəliyə daxil olan məsələ üzrə – “Bakcell” MMC-nin CEO_26008 nömrəli müraciətinə baxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakcell” və “Aztelekom” MMC-dən dəvət olunan nümayəndələrin iştirakı ilə keçirilən iclasda müraciətin hərtərəfli araşdırıldığı, qeyd edilən problemlərin aradan qaldırıldığı, bu səbəbdən şikayətin geri götürüldüyü bildirilib.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, iclasın gedişi barədə protokol tərtib olunub, qanunvericiliyin tələblərinə uyğun olaraq icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin qurumların göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması, təkmilləşdirilməsi, səmərəli fəaliyyətlərinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.