CƏMİYYƏT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “DOST xonçası” 69 yaşlı Vahid Qurbanova təqdim olunub

Bakı, 15 mart, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində qurumun əməkdaşları Nərimanov rayonu ərazisində yaşayan 69 yaşlı Vahid Qurbanovu ziyarət edib, ona “DOST xonçası”nı təqdim ediblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu xeyirxah aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. Bu aksiyaya hər qurum və ya hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə “facebook” səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB Azərbaycan) tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ötürülən estafeti bu xeyirxah missiyanın davam etdirilməsi üçün “Azercell” MMC və “Azərkosmos” ASC-yə ötürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.